• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1312
— 30.09.2021 12:13

Fidanlar şəhidlər xiyabanını ziyarət ediblər

KepezTV Player

Vətən müharibəsinin başlanması ilə əlaqədar reallaşan anım tədbirlərinin davamı olaraq uşaq baxçalarının nümayəndələri də şəhidlərin əziz xatirəsini yad ediblər. Gəncədəki 39 saylı körpələr evi-uşaq baxçasının kollektivi Şəhidlər xiyabanında 1-ci və 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olanların xatirəsini ehtiramla yad ediblər. Fidanlar vətənpərlik mövzusunda şeirlər səsləndiriblər.

Leyla Məmmədova tərbiyəçi:Bu gün biz uşaqları şəhidlər xiyabanına gətirmişik ki, şəhidlərimizi yad edək, ziyarət edək, onları tanısınlar, üstünə gül düzüb şeirlər danışsınlar, eyni zamanda Xudayar təsnifini ifa etsinlər. Afərin ki, körpə balalar da bunu bacardılar. Allah şəhidlərimizə rəhmət eləsin. Biz onları heç vaxt unutmayacağıq.