• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1369
— 27.09.2021 15:59

Qərb bölgəsində şəhidlərin xatirəsi anılıb

KepezTV Player

Respublikanın hər yerində olduğu kimi qərb rayonlarında da anım günü qeyd olunub. Şəhidlərin ruhu hörmətlə anılıb, qazilərl, şəhid ailələri ilə görüşülər keçirilib.

Naftalan şəhərində anım günü ilə bağlı torapqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman oğulların qəbirləri ziyarət edilib. Ruhlarına dualar oxunub. Ardından rayon ictimayyyətinin nümayəndələri şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq ağac əkmə aksiyasında iştirak ediblər. Keçirilən tədbirdə 27 sentyabr 2020-ci ildə erməni qəsbkarlarının bütün sərhəd boyu hücuma keçməsindən, ali baş komandanın əmri ilə ordumuza düşmənin bu hücumun qarşısının alması tapşırığı verilməsindən danışılıb. Rəşadətli Azərbaycan ordusu bu döyüşdə böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı azad edib. Tədbirdə vətən müharibəsinə həsr olunan film nümayiş olundu.

Şəmkirdə keçirilən anım tədbirində isə əvvəlcə N saylı hərbi hissənin hərbiçiləri çiyinlərində 3 rəngli bayraqla yürüş ediblər. Rayon ictimayyətinin nümayəndələri şəhidlərin xatirəsini hörmətlə anaraq qəbrləri üzərinə gül dəstələri düzüblər. Şagirdlərin çəkdikləri rəsmlərlə tanışlıq da olub. Vətən müharibəsində qazanılan qələbənin xalqımızın haqlı zəfəri olduğu, Xalq-dövlət və ordu birliyi ilə ərazi bütövlüyümüzün təmin edildiyi vurğulanıb. Bunula da 30 illik həsrətə soy qoyulub. Ardından hazıralanan səhnələrdə şagirdlər tərəfindən vətənpərvər şerlər səsləndirilib. Həmçinin Şəmkirdə “Vətən var olsun” adlı filaşmob da nümayiş olunub.

Kəlbəcər rayon ictimayyəti də anım günündə Göygöldəki şəhidlər xiyabanında dəfn olunan Kəlbəcərdən olan şəhidlərin qəbirlərini ziyarət edib. Ruhlarına dualar oxunub. Rayonun Murovdağ qəsəbəsində dəfn edilən şəhidlərin də xatirəsi hörmətlə anılıb. İctimayyət nümayəndələri Gəncə qəsəbə 1-də olan şəhidlər abidə kompleksini də ziyarət ediblər. 44 günlük müharibədə Kəlbəcərdən 32 hərbi, 3 mülki şəxsin şəhid olduğu, 91 nəfərin yaralandığı diqqətə çatdırılıb. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra abidə kompleksi önünə güllər düzülüb. Rayon rəhbərliyi şəhid ailələri ilə görüşərək onların qayğıları ilə maraqlanıb. Ardından ağac əkmə aksiyası keçirilib.

Göygöl rayonunda şəhid İmdat Tağıyevin xatirəsinə inşa edilən bulağın açılışı olub. Şəhidin keçdiyi şərəfli döyüş yolundan danışılıb. Ardından şəhidlər xiyabanında 44 günlük vətən müharibəsində ali zirvəyə yüksəkln oğulların qəbrləri ziyarət edilib. Tarix yazan qəhrəmanların ərazi bütövlüyümüzü təmin edərək bütün dünyaya haqqı və ədaləti nümayiş etdirdikləri vurğulanıb.

Samuxda keçirilən anım tədbirində şəhidlər abidə kompleksi ziyarət edilib. Çıxışlarda 44 gün ərzində ordumuzun ali baş komandanın rəhbərliyi ilə qazandığı qələbədən danışılıb. Müharibədə əldə edilən zəfər tariximizdə yazılan şanlı səhifə olaraq qiymətləndirilib. Tədbirdə qazilərlə görüşülüb, onların vətən müharibəsində göstəridikləri qəhrəmanlığa görə verilən medallar təqdim edilib. Məktəblilərin əl işlərindən ibarət sərgiyə tamaşa edildikdən sonra ağac əkmə aksiyası keçirilib. Rayon ərazisində ayrılan yerdə həmişəyaşıl ağaclar əkilib

Goranboyda da Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi yad edilib. Anım mərasimində şəhidlərin xatirə kompleksi ziyarət edilərək canını vətənin bütövlüyü uğrunda fəda edənlərin ruhuna ehtiram nümayiş etdirilib. Müharibə, zəfər, qəhrəmanlıq, sülh möxzularında rayonun fırça ustalarının canlandırdığı rəsmlərlə tanışlıq olub. Şəhid və qazi ailələri ilə görüşdə keçmiş təmas xətti sayılan Goranboyun Vətən müharibəsində ermənilər tərəfindən atəşə tutulduğu, mülki və sosial obyektlərə ziyan dəydiyi vurğulanıb. Qəhrəman oğulların sücaəti və ali baş komandanın müdrikliyi sayəsində işğala son qoyulduğu, Qarabağda genişmiqyaslı yenidənqurma işlərinə başlanıldığı vurğulanıb. Anım tədbiri rayon ərazisində ağacəkmə aksiyası ilə davam edir. Anım günündə Ağstafa gəncləri şəhidlərin xatirəsinə Fləşmob təşkil ediblər. Heydər Əliyev mərkəzinin qarşısında keçirilən fləşmobla başlayan mərasim yeni istifadəyə verilən şəhidlər abidə kompleksini ziyarətlə davam edib. Rayon ictimayyətinin nümayəndələri canını vətən üçün fəda edənlərin xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Şəhidlər xiyabanında davam edən tədbirdə incəsənət nümayəndələri bədii proqramla çıxış ediblər və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Mərasim həmişəyaşıl künar və şam ağaclarının əkilməsi ilə yekunlaşıb.

Elnur Vahidoğlu