• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1310
— 27.09.2021 16:20

Şəhər ictimaiyyətindən şəhidlərə dərin hörmət

KepezTV Player

Gəncədə də şəhidlərin unudulmaz xatirəsi anılıb. Şəhidlər xiyabanı ziyarət olunub, Vətən müharibəsində canlarından keçənlərin şərəfinə ağaclar əkilib.

Anım mərasimi şəhərin Heydər Əliyev meydanından başlayıb. İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, millət vəkiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzüblər. Daha sonra baş meydandakı monitor vasitəsilə Prezident İlham Əliyevin xalqa müraciətini izləyiblər. Anım tədbiri Şəhidlər Xiyabanında davam edib. BUrada Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan, eləcə də itkin düşən 100-ə yaxın şəxsin adı qeyd edilən lövhənin önünə gələrək onların əziz xatirəsini yad ediblər.

ŞƏhidllərin xatirəsinə hörmət əlaməti olaraq əbədi məşəl kompleksinin önünə əklil qoyulub, 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub. Anım mərasimində çıxış edənlər Vətən müharibəsində ordumuzun şanlı tarix yazdığını, qazanılan zəfərdə şəhidlər və qazilərimizin əvəzsiz sücaətindən danışıb. Torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin qəlblərdə əbədi olaraq yaşayacağı bildirilib. Tədbirin davamında Gəncə Dövlət Dram Teatrının aktyorları "ŞUŞA, SƏN AZADSAN!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Saat 12-də isə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib. Şəhidlər xiyabanı ilə yanaşı şəhərin ayrı-ayrıl yerlərində də ərazi bütövlüyümüz uğrunda mübarizənin qəhrəmanları, Qələbəmiz üçün canını fəda edənlərin xatirəsi yad olunub. Avtomobil yollarında bütün nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Ardınca rəsmilər Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən terror hadisələrinin baş verdiyi ərazilərə baş çəkiblər. Burada dünyasını dəyişən mülki şəxslərin xatirəsinə ehtiram əlaməti olaraq viran qoyulan yerlərə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub. Son olaraq şəhidlərimizin əziz xatirəsinə Heydər Əliyev adına Park Kompleksində ağacəkmə aksiyası baş tutub. Aksiya çərçivəsində şəhərin iqlim şəraitinə uyğun olan 600-dən çox Eldar şamı və çinar ağacları əkilərək suvarılıb.