Ölkədəki dini komplekslərdə, məbədlərdə, kilsə və sinaqoqlarda Vətən uğrunda canından keçənlərin, şəhidlərimizin əziz xatirəsi yad edilib. Keçirilən mərasimdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikdən, 44 gün ərzində Ali Baş Komandanın və Müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbədən danışılıb, şəhidlərin ruhuna dualar oxunub.
Anım mərasimində 44 günlük Vətən Müharibəsində və 1-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən övladların ruhuna dualar oxunub, onlara Allahdan rəhmət dilənib. Qərb bölgəsinin bir sıra rayonlarından olan sakinlər mərasimlərdə iştirak ediblər.
Tədbir pandemiya qaydaları gözlənilməklə həyata keçirilib. Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikdən, 44 gün ərzində Ali Baş Komandanın və Müzəffər Azərbaycan ordusunun əldə etdiyi qələbədən danışılıb.
Anım Günü münasibətilə Azərbaycanda fəaliyyət göstərən bütün dini məbədlərdə də şəhidlər dərin ehtiramla yad olunub. Gəncədə yerləşən Aleksandr Nevski adına provaslav kilsəsində də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxunub, dini ayinlər icra olunub, ölkəmizdə və bütövlükdə dünyada əbədi sülhün bərqərar olması uca tanrıdan arzulanıb.
Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa məscidində şəhidlərin anım mərasimi keçirilib. İllərlə düşmənin işğalı altında qalan məscidimizdə Azərbaycanın igid oğul və qızlarının ruhuna dualar oxunub, qəhrəmanların şücaətindən bəhs edilib.
Qüdrətli Azərbaycan dövləti və xalqı şərəf işimiz olan Vətən müharibəsində qəhrəmancasına döyüşən, canı, qanı bahasına Azərbaycan bayrağını əzəli və əbədi torpaqlarımızda dalğalandıran şəhidlərimizin işıqlı xatirəsini daim yaşadacaq.
- Baxış: 289