KepezTV Player
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclər Evinin təşkilatçılığı ilə 27 sentyabr anım günü münasibətilə şəhidlər xiyabanında tədbir keçirilib. Əbədi məşəl və şəhidlərin məzarları önünə tər qərənfillər düzülüb. Anım günü ilə bağlı tədbirə idarə və müəssisələrin nümayəndələri, fəal gənclər, eləcə də qazilər qatılıb. Çıxış edənlər Vətən müharibəsinin önəmindən danışaraq 44 günlük savaşda igid oğullarımızın göstərdiyi şücaətdən, qəhrəmanlıqlardan bəhs ediblər. Şəhid və qazilərimizin sayəsində 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad olunduğu diqqətə çatdırılıb.
- Baxış: 503