KepezTV Player
Gəncə təmsilçisi 1-ci divizionun 2-ci turunda səfərdə Qaradağ Lökbatanın qonağı olub . Qarşılaşmanın ilk yarısında tərəflərdən heç biri fərqlənməyə nail ola bilməyiblər. İkinci yarıya istəkli başlayan sarı-göylər hücumlarının kəsərini bir qədər də artırıblar. Qarşılaşmanın 56-cı dəqiqəsində hakim kobud oyuna görə ev sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin etdi. Topun arxasına keçən Tural Rzayev gəncəliləri hesabda önə keçirdi. Oyuna əlavə olunmuş 1-ci dəqiqədə ev sahibləri hesaba tarazlıq gətirməyə nail ola biliblər. Ev sahiblərini məğlubiyyətdən xilas edən qola Urfan İsmayılov imza atdı. 2-ci turdan sonra Kəpəz 2 xalla 9-cu, 4xala malik olan Qaradağ isə 2-ci pillədə qərarlaşıb.
- Baxış: 718