KepezTV Player
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarının zərərçəkənlərin müraciətləri əsasında həyata keçirdikləri əməliyyat nəticəsində qohum və tanışlarına məxsus 5 evdən oğurluq edən şəhər sakini Nərminə Məmmədova saxlanılaraq istintaqa təqdim olunub. O, oğurluq etməzdən əvvəl həmin məzillərin açarlarını əldə edərək surətlərini çıxarıb və ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib.
- Baxış: 855