Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən bu il ölkədə dahi şair, böyük mütəffəkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami ili” elan olunub. Bu münasibətlə Gəncədə ümumşəhər tədbiri keçirilir. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev meydanında baş tutub. Əvvəlcə qonaqlar Nizami Gəncəvi yaradıcılığına həsr olunan sərgiyə baxış keçiriblər. Sərgidə Gəncə Dövlət Kukla Teatrının, Gəncə şəhər Uşaq İncəsənət, Uşaq Rəssamlıq Məktəblərinin, o cümlədən Gəncə Dövlət Rəsm Qalereyasının hazırladığı sənət əsərləri nümayiş etdirilib. Yaxın günlərdə “nizamiganjavi.az” saytı istifadəyə veriləcək. Saytda dahi şairin həyatı, yaradıcılığı, Nizami haqqında tədqiqatlar, maraqlı məlumatlar öz əksini tapacaq.
- Baxış: 490