• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 09.09.2021 12:33

Qarabağda fəaliyyət göstərəcək kitabxanalar üçün 1000-dən artıq kitab toplandı

KepezTV Player

"Karabakh is Azerbaijan!” Milli Platforması işğaldan azad edilmiş ərazilərdə fəaliyyətə başlayacaq kitabxanalarla bağlı yeni layihəyə start verib. Bununla bağlı məlumat verən Milli Platformanın koordinatoru Bəxtiyar Rəhimov bildirib ki, bütün dünyada “Qarabağ Azərbaycandır!” şüarının təbliğ olunması üçün müxtəlif layihələr gerçəkləşdirən gənclərimizin yeni addımı həmin kitabxanalar üçün kitabların toplanması ilə bağlıdır. Milli Platformanın təşəbbüsü ilə kitablar könüllü şəkildə toplanacaq və çeşidlənəcək. Daha sonra həmin kitablar işğaldan azad edilmiş rayonlarda açılacaq kitabxanalara hədiyyə ediləcək. Milli Platformanın qərarına əsasən kitabxanalara hədiyyə olunan kitab sahiblərinin siyahısı tutulacaq və onlar barədə qısa məlumat hazırlanacaq. Artıq Azərbaycanda, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Milli Platforma fəalları 1000-dən artıq kitab toplayıblar.