• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 08.09.2021 12:06

Yeniyetmələrin vaksinasiyasına başlanılıb

KepezTV Player

Azərbaycanda xroniki xəstəlikdən əziyyət çəkənlər və xaricdə təhsil alanlar istisna olmaqla, 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer peyvəndinin vurulmasına başlanılıb. Vaksinasiyanın aparıldığı səhiyyə müəssisəsindən bildirilib ki, ötən gündən başlayan vaksinasiya üçün 3 yeniyetmə müraciət edərək peyvənd olunub. Və onların səhhətində heç bir ciddi hal qeydə alınmayıb. 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb edilir.