• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 923
— 06.09.2021 19:27

“Uşaqların məktəbə hazırlığına dəstək ol!”

KepezTV Player

Gəncədə şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının dəstəyi, Azərbaycan Rus İcmasının, Rusiya səfirliyinin, Mədəniyyət və İnformasiya Mərkəzinin təşkilatçılığı ilə Gəncənin Heydər Əliyev parkında “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası çərçivəsində tədbir keçirilib. Tədbirdə şəhər rəhbərliyi, Milli Məclisin deputatları, Azərbaycan Rus İcmasının və Rus Dili Müəllimləri Assosiasiyasının nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Aksiyada Azərbaycanla Rusiya arasında münasibətlərin, ikitərəfli əlaqələrin bu gün də uğurla davam etdiyindən söhbət açılıb. Bu kimi tədbirlərin iki ölkə arasında səmimi tərəfdaşlığın bariz nümunəsi olduğu vurğulanıb. Çıxışlardan sonra Gəncə Uşaq-Gənclər və İnkişaf Mərkəzinin üzvləri, habelə təhsil müəssisələrinin istedadlı şagirdlərinin təqdimatında şeirlər səsləndirilib, rəqslər nümayiş etdirilib. Sonda bu il birinci sinifə gedəcək şagirdlərə aksiya təşkilatçıları tərəfindən məktəb ləvazimatları hədiyyə olunub. “Uşaqların məktəbə hazırlığına dəstək ol!” aksiyası sentyabrın 13-dək Azərbaycanın digər bölgələrində davam edəcək.