Cavad Xan yurdunun cəsur, igid, qorxmaz oğlu Vüqar Əhmədov, Tovuz döyüşlərindən təsirlənərək, məktəbi sərgərə dəyişən qəhrəmanlardandır. Düşmənə dərs keçən müəllimlərimizdən olan Vüqar Əhmədovun keçdiyi döyüş yoluna birlikdə nəzər salaq.
1994- cü ildə Gəncə şəhərində anadan olan Vüqar Əhmədov 2011-ci ildə Gəncə Dövlət Universitetinin filalogiya fakultəsinə daxil olur. 2015-2016 cı illərdə hərbi xidmətdə olan Vüqar müəllim olaraq fəaliyyətini davam etdirir. Daima şagirdlərinə vətən, torpaq sevgisini aşılayan müəllim Tovuz döyüşlərindən sonra müharibəyə könüllü yazılaraq ən yaxşı qəhrəmanlıq nümunəsi göstərir.
Sentyabrın 29-u səfərbərlik xidmətinə çağırılan Əhmədov Cəbrayıl istiqamətindən başlayaraq döyüşlərdə fəallıq göstərir.
Vüqar Əhmədov onu da qeyd edir ki, “əzəli Azərbaycan torpaqları olan Qarabağa gedib çatmağın qüruru tam başqadır.
Əhmədovlar ailəsinin hər iki oğlu Vətən müharibəsinə könüllü olaraq yazılıblar. Ancaq döyüşlərdə iştirak etmək Vüqara qismət olub.
Vətən müharibəsi iştirakçısının indi tək arzusu şəhidlərin, qazilərin canı qanı bahasına alınan o doğma torpaqları yenidən görməkdir.
27-i sentyabrdan başlayaraq döyüşlərdə şücaət göstərən Vüqar Əhmədovun qəhrəmanlığı “Cəbrayılın, Qubadlının və Laçının azad olunmasına görə” medalları ilə qiymətləndirilib.
Aişə Rzayeva
- Baxış: 371