• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 959
— 06.09.2021 19:08

Revanş növbəti tarixi xəta olacaq

KepezTV Player

“Ermənistanın bu gün bəlkə də silah-sursata, mərmiyə ehtiyacı yoxdur. Ermənistan silah alır, ordu qurmaq istəyir. Bu kimi işlərin Ermənistanın özü-özünü təsəlli etmək cəhdlərindən başqa bir şey olduğunu düşnümürük. Əgər Ermənistanda kimlərsə revanşla bağlı düşünəcəksə, bu, onların etdikləri növbəti tarixi xəta olmuş olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Bundan sonra da öz sərhədlərinin mühafizəsini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində onu da bildirib ki, Zəngəzur dəhlizinin açılması məsələsində üçtərəfli təmaslar davam edir. Dəhlizin açılması məsələsi 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatın bir tərkib hissəsidir. Ona görə bu məsələdə də Ermənistanın bir öhdəliyi var.