• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 06.09.2021 18:36

Prezident Milli Paralimpiya komandasının üzvlərini təltif edib

KepezTV Player

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XVI Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə əlilliyi olan idmançılar və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb. Birinci yeri tutan hər bir idmançıya 200 000, onun məşqçisinə 100 000 manat; ikinci yeri tutan hər bir idmançıya 100 000, onun məşqçisinə 50 000 manat; üçüncü yeri tutan hər bir idmançıya 50 000, onun məşqçisinə 25 000 manat veriləcək. Dövlət başçısının imzaladığı daha bir sərəncamla Milli Paralimpiya komandasının bir qrup üzvü “Şöhrət”, 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Əmək” ordenləri və “Tərəqqi” medalları ilə təltif ediliblər. Bundan başqa, Prezident Milli Paralimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, Komitə rəhbərliyinin isə “Şöhrət” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilməsi barədə də sərəncamlara qol çəkib.