• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1042
— 03.09.2021 18:11

Prezident İlham Əliyev Sumqayıta səfər edib

KepezTV Player

Prezidenti İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub. Dövlət başçısı ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.**Səfər zamanı Sumqayıt Elektrik Stansiyasının yeni estakada nasos stansiyasının açılışı olub.**Prezident Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışında da iştirak edib. Müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir.**Sumqayıt Məhkəmə Kompleksinin açılışı zamanı bildirilib ki, burada 50-dək hakim, ümumilikdə isə 240 işçi fəaliyyət göstərəcək.**Dövlət başçısı Heydər Əliyev Fondu tərəfindən yeni inşa olunan 1100 şagird yerlik Sumqayıt şəhər 20 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə də tanış olub.Təhsil müəssisəsində 42 sinif otağı, fənn kabinələri, laboratoriyalar, yeməkxana yaradılıb.**Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq.