• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 959
— 02.09.2021 20:11

Qayda pozan 10-a yaxın sürücü cəzalandırılıb

KepezTV Player

Maska taxmıyan sərnişinlər, ara kəsməsi eləcə də tibbi məhlulu olmuyan ictimai nəqliyyat vastələri. Tibbi məhlul niyə yoxudur, niyə boşdur? Zəhmət olmasa dərhal bunu məhlulla təmin edin. Yoxsa marşurut xəttədn kənarlaşdırılacaq, sizə bununla bağlı məlumat verilib. Ara kəsmə, tibbi məhlul olmuyan nəqliyyat vastəsi xətdən kənarlaşdırılır.

Pandemiya dövründə gigiyenik qaydaların pozulması faktı Gəncədə nəqliyyat vastələrində keçirilən reyd zamanı aşkarlanıb. Qayda pozuntuları barəsində müvafiq tədbirlər görülüb.

Zəhmət olmasa ictimai nəqliyyatda tibbi maskadan istifadə edin. Vətəndaşlar özünüzü təhlükəyə atmayın.

Gəncədə koronavirus infeksiyasının proflaktikasına dair metodiki işlər davamlı olaraq sərnişindaşımada da həyata keçirilir. Şəhərin mərkəzi hissəsində, ictimai nəqliyyatın sıx olduğu yerlərdə aparılan reyd zamanı avtobus və mikroavtobuslarda şəffaf ara kəsmələrin olmaması, tibbi məhluldan istifadə edilməməsi halları eləcə də tibbi maskanın taxılmaması faktlarına rast gəlinib.

Tibbi maskalardan düzgün istifadə edin. Maskanı axıra kimi qaldırın. Avtobusda yerləşdirilən tibbi məhlullardan istifadə edin. Pul alıb verdikdən sonra məhluldan istifadə edin. Yoldaş sürücü avtomobilinizin içi şəffaf ara kəsmə ilə təmin edilməlidir. Ara kəsmə ilə təmin edin əks halda xətdən kənarlaşdırılacaqdır.

Gəncədə ötən ay karantin qaydalarını pozduğuna görə 10-a yaxın sürücü xəttdən kənarlaşdırılıb, barələrində tənbeh tədbirləri görülüb.

Gəncədə gün ərzində əhaliyə xidmət edən 28 marşurut xətti üzrə 240 ədəd avtobus və mikroavtobus deznifeksiya edilir.

 

Elnur Vahidoğlu