Göygöl Regional Aqrokimya laboratosiyasında ilin əvəllindən indiyə kimi 194 fermerdən 10 min 430 ha ərazidən 2500 ədəd torpaq nümunəsi analiz edilib. Hazırda aqrokimyəvi laboratoriyada 25 fermerin göndərdiyi payızlıq və təkrar əkin üçün torpaqların analizləri aparılır.
Göygöl Regional Aqrokimya laboratoriyasına Gəncə, Göygöl, Samux, Daşkəsən və Kəlbəcərdən olan fermerlər torpaq nümunələrinə təqdim edə bilərlər. Müasir avadanlıqlar vasitəsilə təcrübəli mütəxəsislər analizlərin dəqiq və düzgün aparılmasına zəmanət verirlər. Laboratoriyada torpaq, bitki və su analizləri aparılır. Torpaqda makro və mikro elementlər, azot, fosfor həmçinin bitkidə ümumi qida maddələri, suda karbonatlıq, kalsium, ümumi codluq, xlorluq təyin olunur.
Nazirlər Kabinetinin qərarına əsasən 5 ha-dan artıq torpaq sahəsi olan fermerlər torpaqlarının analizini etdirməlidirlər. Hazırda laboratoriyada payızlıq əkin təqdim olumam torpaqların analizləri edilir.
Analizin nəticələrinə uyğun olaraq laboratoriyanın elmi işçiləri tərəfindən tövsiyyələr verilir. Bununla belə fermerlər torpaqlarının qida elementini dəqiq bilərək torpağa düzgün gübrələr verərək daha çox məhsul əldə edə bilir.
Laboratoriyaya daxil olan torpaq nümunələrinin nəmlilik faizindən asılı olaraq 1-3 gün ərzində torpaqlar analiz olunur və fermerlərə nəticələr təqdim olunur.
Elnur Vahidoğlu
- Baxış: 993