• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2039
— 21.08.2021 20:33

Dəniz təməl komando kursu”nun buraxılış mərasimi keçirilib

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti “Dəniz təməl komando kursu”nun buraxılış mərasimində iştirak edib. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun bütün hərbi qulluqçuları kimi, dəniz piyadalarının da şücaətini xüsusi vurğulayan Zakir Həsənov hərbçilərimizin qəhrəmanlıqlarının Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Türkiyəli peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə qardaş ölkənin zabitlərinə və bütün heyətə təşəkkür bildirilib. Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verən bu kimi kursların davam etdiriləcəyi qeyd edilib. Buraxılış mərasimi başa çatdıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və digər hərbi vasitələr nümayiş etdirilib. Məruzə edilib ki, bu silahlar Vətən müharibəsi zamanı da qarşı tərəfin məhv edilməsində geniş tətbiq olunub. Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin təlim epizodları izlənilib.