• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2053
— 19.08.2021 20:30

Şuşa sakinləri doğma yurdlarında

KepezTV Player

Bu gün 50 nəfər Şuşa sakini şəhərin azad olunmasından sonra ilk dəfə öz doğma yurdlarını görmək imkanı qazanıblar. Səfərdə ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər.Sakinlər Cıdır düzü, Qala divarları, Gəncə qapısı, şəhərin simvolları olan və ermənilərin Şuşanı işğal edərkən gülləbaran etdikləri Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət ediblər. Səfərin sonunda sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanıblar.