• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 681
— 17.08.2021 20:42

Yaşayış yerlərinə yeni marşrut xətləri açılır

KepezTV Player

Gəncənin Şıxzamanlar qəsəbəsində Kərpic zavodu deyilən ərazidə yaşayanlar, eləcə də Nizami rayon ərazisində yeni yaşayış massivinin sakinləri yolların yararsız olması səbəbindən avtobus sarıdan əziyyət çəkirlər. Televiziyamıza ərizə ilə müraciət edən vətəndaşların tək istəkləri marşurut xəttinin açılmasıdır. Əməkdaşımız Elnur Vahidoğlunun şikayətçilərə mufdəsi var. İzləyək.

Şıxzamanlılar qəsəbəsində Kərpic zavodu deyilən ərazidə yaşayan təxminən 150-ə yaxın ailənin gündəlik istifadə etdiyi yol dağılmış vəziyyətdədir. Bu da avtomobillərin və piyadaların gediş-gəlişində problemlər yaradır. Bu üzdə əraziyə ictimai nəqliyyat da işləmir. Bu da işə tələsən, məktəbə gedənlər üçün əməlli başlaı problem yaradır.

Qulu Quluyev  sakin: Biz də yoldu və marşurutdu. Yolumuz düzəlsə marşurut da gələcəkdir. İcra nümayəndələri bir-iki dəfə gəlibdir. Onlar da deyib ki, düzələcəkdir, baxırlar. Tələbimiz yolnan marşurtdu.

Sahilə İsayeva  sakin: Yolumuzu Bakıdan gələn iri maşınlar dağıtdı, heç kim baxmadı. Əsas bizə yoldu, bir də marşurutumuzu versinlər. Biz heç nə istəmirik.

Xuraman Ələsgərova sakin: Problem odur ki, marşurut gəlsin, insanların əziyyəti qalxsın. Körpələr qışda məktəbə gedəndə zülm çəkir. Xahiş edirik bizə kömək edin.

Analoji vəziyyət şəhərin Nizami rayonunun Yeni yaşayış massivi deyilən ərazisində - Tofiq Bağırov küçəsində də hökm sürür. Baş yol olaraq massivin bütün sakinləri bu küçədən istifadə edirlər. Lakin yolun bərbad olması marşurut xəttinin işləməməsinə səbəb olub.

Nəriman Əsgərov sakin: İcra Hakimiyyətinə və Nəqliyyat Departamentinə müraciət etdik ki, bu qəsəbə böyükdür və getdikcədə əhali çoxalır. Bura marşurut zəruridir yəni marşurut xəttə buraxılmalıdır, əhali əziyyət çəkir. Buradan 4 km yaxın əllərində bazarlıq gedə bilmirlər. Nəqliyyat departamentinə müraciət etdik ki, bura marşurut açsınlar.

Hər iki yaşayış yerinin sakinlərinin müraciətinə baxılıb və işlərə də start verilib. Düzdür həmin ərazilərə hələ ki, yeni asfaltın salınması planda olmasa da marşurut xətləri açılacaq. Artıq Tofiq Bağırov küçəsində marşurutlar üçün dayanacaqların qoyulmasına başlanılıb.

Ruslan Paşayev  Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişin Daşıma İdarəsinin hüquqşünası: Şıxzamanlar qəsəbəsində köhnə Kərpic zavodu deyilən ərazi istiqamətində sakinlərin müraciəti olmuşdu. Müraciət əsasında idarəmiz tərəfindən manitorinq keçirilmişdi. Marşurut xəttinin fəaliyyətini mqəsədə uyğun hesab edilmişdi. Təbii ki, bu da sentyabr ayında tam həyata keçiriləcəkdir. Tofiq Bağırov küçəsi üzrə yeni marşurut xəttinin fəaliyyəti ilə əlaqədar hazırda davamlı işlər aparılır. Həmin marşurut xətti sentyabr ayında sakinlərin istifadəsinə veriləcəkdir. Sakinlər şəhər və Gülüstan qəsəbəsi istiqamətinə rahatlıqla gedə biləcəklər. Gəncə şəhər Şıxzamanlar qəsəbəsində Qəzənfər Kərimoğlu küçəsi üzrə 6 nömrəli marşurut xətti 5 nömrəli şəhər poliknikasınadək uzadılaraq sakinlərin istifadəsinə verilmişdi.

Artıq sakinlərin müraciəti əsasında şəhərin digər yaşayış yerlərində də marşurut xətlərinin uzadılması və yaxud da yenisinin açılması prosesinə hazırlıqlara da başlanılıb. Sənədləşmə işləri başa çatdıqdan sonra yaxın bir neçə aya bu işlərin də mərhələli şəkildə həyata keçiriməsi nəzərdə tutulur. Ümumilikdə isə gün ərazində  Gəncədə 28 marşurut xətti ilə 240 ədəd avtobus və mikroavtobus əhaliyə xidmət edir.

Elnur Vahidoğlu