KepezTV Player
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində “Şəhidlər ölməz” adlı tədbirlər silsiləsindən Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş İlkin Zülfüqarovun və Naiq Ələkbərovun xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə hər iki şəhidin həyat və döyüş yolundan bəhs edən video-çarx nümayiş etdirilib. Çıxış edənlər İlkin Zülfüqarov və Naiq Ələkbərovla bağlı olan xatirələrini dilə gətiriblər. Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən mahnılar ifa ediblər.
- Baxış: 525