KepezTV Player
Vətən müharibəsində canlarından keçmiş şəhidlərin övladları üçün “Mənim atam qəhrəmandır!” adlı layihənin növbəti tədbiri keçirilib. Layihənin məqsədi cəmiyyətdə müzəffər ordumuzun nüfuzunu daha da yüksəltmək, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək və gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində birgə səylərin artırılmasıdır. Tədbir qəhrəman şəhidlərimizin ailə fotolarından ibarət videoçarxın nümayişi və şəhid ailələrinin övladlarına “Xarıbülbül” döş nişanının təqdim edilməsi ilə davam edib.
- Baxış: 858