• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 03.08.2021 20:33

Şəhidin doğum günü qeyd edilib

KepezTV Player

Vətən yalnız üzərində gəzdiyimiz, yaşadığımız torpaq demək deyil. Uğrunda mübarizə aparanda, onun toxunulmazlığını, bütövlüyünü hər şeydən üstün tutanda o torpaq Vətən olur. Hər qarışına qanlarını qataraq o torpaqları Vətən edənlərin elə özü Vətəndir. Belə qəhrəmanlarımızdan biri də Vüsal Elşən oğlu Məmmədovdur. Biz ailəni ziyarət edəndə 1998-ci ildə Gəncə şəhərində anadan olan Vüsalın onsuz keçən ilk ad günü idi. Yaşasaydı, 23 yaşı olacaqdı...

Səbinə Məmmədova  şəhidin anası:Fəxr edici bir duyğudu ama yenə evlad itkisi evlad itkisidi. Onun acısı heç nə ilə ölçülmür. Sadecə fəxr edirsən ki, övladın vətən yolunda qeyrətlə şəhid olubdu. Bir təsəllin odu. İtkin xəbəri gələndən sonra döyüş yoldaşları bizə gəlib getməyə başladılar. Onda başladılar Vüsal haqqında danışmağa. Yəni mənim uşağım haqqında deyilən şeylərə mən özüm inanmadım heç ki bu mənim uşağım olubdu. Mənim gözümdə körpə uşaq idi axı o bu qəhrəmanlıqları  Vüsal edib? Allah hər ata naya Vüsal kimi övlad qismət eləsin . Xeyirli övlad deyilən Vüsaldı.

Elşən Məmmədov şəhidin atası:O həmişə gülən olub həmişə. Eləbil evimizin nəşəsini apardı o. Evin kiçiyi idi. O evə girəndə evdən səs küy əksik olmurdu. Harda olurdu hiss olunurdu ki, o adam ordadı da. Hətta binanın önünə düşüb söhbət edəndə də bilirdin ki, Vüsaldı o.