Gəncədə əməkdar incəsənət xadimi, şərəf nişanı ordenli bəstəkarımız Qəmbər Hüseynlinin xatirəsi yad edilib. 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olan Qəmbər Hüseynli 1961-ci ilin bu günü dünyasını dəyişib. Görkəmli bəstəkarın xatirəsini anmaq, bəstələrini yaşatmaq, musiqimizin inkişafına xidmət edən bir şəxsin ruhunu şad etmək üçün abidəsi önündə qohumları, yaxınları, şəhər ictimaiyyətinin nümayəndələri və şəhər rəsmiləri toplaşmışdı. Tədbirdə abidəsi önünə çiçəklər düzülüb daha sonra dünya şöhrətli əsərləri səsləndirilib.
İlyas Xəlilov musiqiçi: Qəmbər Hüseynlinin sənəti haqqında Mehriban xanımin sözü ilə desək Qəmbər Hüseynli Azərbaycanın vizit kartıdır tək Gəncənin deyil bütün Azərbaycanın. Qəmbər Hüseynli deyəndə biz musiqi mədəniyyətimizi başa düşürük. Təşəkkürümü bildirmək istəyirəm şəhər icra hakimiyyətinə, mədəniyyət şöbəsinə belə gözəl tədbirin ərsəyə gəlməsində zəhmətləri olduğuna görə.
Sahilə Hüseynli Qəmbər Hüseynlinin bacısı qızı: Onun 300- dən artıq romansları var. Onun bütün əsər toplusunu demək olar ki, siyahısı məndədi. Bu günə qədər də mahnıları sevilə sevilə oxunur, hətta artıq mən görürüəm ki, mahnılar necə sevilirsə xarici dövlətlərdə belə səsləndirirlər.
- Baxış: 809