• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 30.07.2021 12:56

Yanğında şübhəli 2 nəfər saxlanılıb

KepezTV Player

Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb. Məlumata görə, onlar Suriya əsilli 2 qardaşdır. Şübhəli şəxslər hüquq-mühafizə orqanlarının ölkənin Milli Kəşfiyyat Təşkilatı ilə birlikdə keçirdiyi əməliyyat zamanı saxlanılıblar. PKK üzvlərinin ölkədən qaçmaq planlarının olduğu müəyyənləşdirilib.Türkiyənin Antalya şəhəri və ətraf ərazilərdə geniş yayılan meşə yanğınları nəticəsində 4 nəfər ölüb, onlarla ev isə yararsız vəziyyətə düşüb. Artıq Bodrum kurort şəhəri ərazisində baş vermiş meşə yanğını söndürülüb. Təxliyə edilən bütün turistlər öz mehmanxanalarına qayıdıblar.Türkiyədə iki gün ərzində ölkənin cənub bölgələrində baş verən 63 yanğından 43 -ü söndürülüb.Antalya, Mersin və Adananın bəzi yerlərində isə yanğın davam edir.