KepezTV Player
ABŞ-ın Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Zəngilan rayonuna səfər edib. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfər zamanı qonaqlar “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.
Rayonun Birinci Ağalı kəndində tikinti sahəsinə gedən ABŞ heyətinə “Ağıllı kənd” layihəsi ilə bağlı təqdimat keçirilib.
Qubernator Stitt “Ağıllı kənd” layihəsində alternativ enerji mənbələrindən istifadəni yüksək qiymətləndirib, görülən işlərlə yerində tanış olmaq imkanı qazandığına görə məmnun qaldığını bildirib.
- Baxış: 362