KepezTV Player
Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 109 qazi 113 yüksək texnologiyalı protezlə təmin olunub. 12 nəfər qazinin yüksək texnologiyalı protezlerlə təminatı prosesi isə hal hazırda yekunlaşmaq üzrədir. Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Onlardan 32 qazimiz ən son texnologiyalı protezlə təmin ediləcək. Bu ilin mart ayından ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb. Artıq 562 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir.
- Baxış: 348