Nazirlər Kabineti “Koronaviruspandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edib. Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılar bu şərtlərlə sərnişinləri reysə qəbul edəcəklər: - yaşı 18-dən yuxarı sərnişinləri – yalnız COVID-19 pasportu və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID testinin neqativ nəticəsi;- yaxın qohumu Azərbaycan vətəndaşı olan sərnişinləri – qohumluq dərəcəsini təsdiq edən sənəd və uçuşdan əvvəl 72 saat ərzində verilmiş testin neqativ nəticəsini təsdiq edən sənəd;- 18 yaşınadək sərnişinlər – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş testin neqativ nəticəsini təsdiq edən sənəd əsasında. Sərhəd nəzarətindən keçərkən tələblərə cavab verməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə aviadaşıyıcının hesabına karantinə alınacaq.
- Baxış: 987