KepezTV Player
Bu gün Bakının Xətai rayonunda yerləşən şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adına parkın açılışı olub. Parkda Polad Həşimov və digər 8 nəfər Vətən müharibəsi şəhidinin xatirəsini əks etdirən lövhə,azyaşlılar, yetkinlik yaşda olanlar və yaşlı əhali üçün istirahət attraksionları quraşdırılıb. Bundan başqa, parkla yanaşı olan üç həyətyanı sahə də abadlaşdırılıb. Burada şahmat, mini futbol meydançaları və uşaqlar üçün əyləncə attraksionları qurulub.Bakı şəhəri Xətai rayonu Naximov küçəsinin adı dəyişdirilərək Polad Həşimov adlandırılıb. Polad Həşimov parkı da həmin küçədə yerləşir.
- Baxış: 584