KepezTV Player
Gəncədə genişmiqyaslı ümumşəhər iməciliyi keçirilib. Şəhərin park və xiyabanlarında, istirahət guşələrində, eləcə də prospekt və küçələrdə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin bütün xidmət sahələri, Mənzil İstismar sahələrinin əməkdaşları təmizlik işləri aparıblar. Ağacların qurumuş qol-budaqları kəsilib, quruyan otlar biçilib, ağacların tökülən yarpaqları ərazidən daşınıb. Park və istirahət guşələrində yaşıllıqlar səliqə-səhmana salınıb. Səkilər, küçə və prospektlər məişət tullantılarından təmizlənib. İməcilik işləri günün sonuna kimi davam edib.
- Baxış: 649