Dövlət İmtahan Mərkəzi tərəfindən 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri Mərkəzin internet saytında yerləşdirilib. Qəbul olunanlardan 3766 nəfər dövlət sifarişi, 6584 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Onlardan 6790 nəfər ali təhsil müəssisələrinin cari, 3560 nəfər isə əvvəlki illərin məzunudur.
Nəsimi Məmmədov - DİM- in Gəncə regional bölməsini müdiri: Belə ki, 14981 nəfər baklavr ixtisas seçimi mərhələsində qəbula buraxılmışdırsa, onlardan 10350 nəfər bakalavr artıq Respublikanın ali təhsil müəsisələrinin magistraturasına qəbul olmuşlar. Və ali təhsil müəsisələrinə qəbul olan bakalavrlar verilən müddətdə həmin ali təhsil müəsisələrində lazım olacaq sənədləri təqdim edib qeydiyyatdan mütləq keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar onların əmri ali təhsil müəsisələrinə göndərilmiyəcək. Və həmin onlar tələbə adını qazanmayacaq. Bilirsiz hər il oluğu kimi bu il də Respublikanın ali təhsil müəsisələrində magistraturasına qəbul imtahanlarında iştirak edib və ümumi müsabiqə şərtini ödəyən birinci mərhələdə iştirak etməyən və istərsə də birinci mərhələ üzrə keçiriləcək ixtisas seçimi mərhələsində iştirak edib qəbul olmayan baakalavrlar üçün DİM tərəfindən yenidən boş qalan plan yerlərinə ixtisas seçimi mərhələsi aparılacaq. Bununla bağlı məlumat DİM- nin rəsmi internet saytında yaxın müddətdə elan olunacaq.
2021- 2022 tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu bu gündən başlayır və avqustun 10-dək internet vasitəsilə aparılacaq. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə 8 - 23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər.
Nəsimi Məmmədov - DİM- in Gəncə Regional Bölməsini müdiri: İxtisaslrdan asılı olaraq hansı ki qabiloyyət tələb edən ixtisaslara subbakalavrlar öz elektron ərziələrini doldurub təsdiq etdikdən sonra qabiloyyət imtahanı qeydiyyatından keçəcəklər və qabiloyyət imtahanında iştirak edib məqbul qiymət alarlarsa onlar birbaşa ixtisas seçimində iştirak etmək hüququ əldə edəcəklər. Subbakalavrlar əsasən bitirdikləri ixtisas uyğunluğuna görə ali təhsil müəssisslərinin qəbul imtahanında ixtisas seçimində iştirak edirlər. Bunun üçün də DİM tərəfindən xüsusi jurnal nəşr ediləcədir. Həmin jurnalda subbakalavrların elektron ixtisas seçimi ərizəsində hansı ki, ixtisa uyğunluqları göstərilir və həmin subbakavrlar o ixtisdasları Respublikanın ali təhsil müəssissələrində qəbul imtahanımnda iuxtisas seçimində həmin ixtisaslarıə seçmək hüququ verilir.
- Baxış: 432