Qazax rayonunda daha üç Vətən müharibəsi şəhidinin – Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, Ürkməzli kənd sakini, gizir Nağıyev Anar Sahib oğlunun təltif olunduqları "Qarabağ” ordeni, Xanlıqlar kənd sakini, çavuş Əliyev Timur Nurəddin oğlunun layiq görüldüyü "Vətən uğrunda" və "Döyüşdə fərqlənməyə görə” medalları ailə üzvlərinə təqdim edilib. Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri hər üç şəhidimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalları sahiblərinə çatdırıblar. 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan və onun rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdikləri bir daha vurğulanıb.
- Baxış: 557