• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 06.07.2021 19:50

Azərbaycan və Türkiyə HHQ-i arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

KepezTV Player

Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Tərəflər “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə və “Anadolu Qartalı-2021” beynəlxalq taktiki-uçuş təlimlərində əldə edilmiş nəticələri yüksək qiymətləndiriblər. Görüşdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri arasında əlaqələrin hazırkı vəziyyəti və genişləndirilməsi məsələləri müzakirə olunub, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.