KepezTV Player
Müdafiə Nazirliyi Laçın rayonunun Mirik kəndindən videogörüntülər paylaşıb. Kənd Qarabağ yaylasında qədim Mirik qalasının yanında yerləşdiyi üçün həmin qalanın adını daşıyır. Keçmiş adı Mirik Hasanalı olub. Yaşayış məntəqəsini təqribən XVIII əsrin axırları XIX əsrin əvvəllərində Dərələyəz mahalından gəlmə Hasanalı tayfasına mənsub ailələr salıb. Ehtimal olunur ki, mirik sözü türk dillərindəki marak/maraq sözündən olub, “muşahidə məntəqəsi” mənasındadır. 18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Mirik kəndi 9 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildə öz sahiblərinə geri qaytarılıb.
- Baxış: 429