Göygöl rayonundan olan çağırışçılar müddətli həqiqi hərbi xidmətə təntənəli şəkildə yola salınıblar. Çağırışçılar Vətənə layiqli xidmət edəcəklərini deyiblər. İzləyək.
Tədbir iştirakçıları ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdikdən sonra, dahin şəxsiyyətin adını olan mərkəz ziyarət edilib. Burada gənclərə ulu öndərin ordu quruculuğu, Qarabağ münaqişəsinin həlli, dövlət quruculuğu siyasəti istiqamətində qətiyyətli mövqeyi barədə ətraflı məlumat verilib. Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin rəisi polkovnik-leytinant Rüfət Məmmədov gənclərə hərbi xidmətə yola düşmələri münasibətilə təbriklərini çatdırıb, onlara şərəflə xidmət etmələrini, nizam-intizamlı olmalarını, vətənimizin keşiyində ayıq-sayıq dayanmalarını, komandirlərin tapşırıqlarını sözsüz yerinə yetirmələrini tövsiyə edib. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində ilbəil güclənən Azərbaycan Ordusunun qüdrətinin Vətən müharibəsində bütün dünyaya bəyan olduğu, Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarmızı düşmən tapdağından azad etdiyi vurğulanıb. Çağırışçlara Azərbaycan əsgəri adını şərəflə daşımaq, ölkəmizin müdafiəsində mətin dayanmaq tövsiyyə olunub.
Təntənəli mərasimdən sonra gənclər Azərbaycan bayrağının altından keçərək müddətli həqiqi hərbi xidmətə yola düşüblər.
- Baxış: 408