• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 03.07.2021 12:24

Həssas qrupdan olan uşaqlara ödənişsiz kurslar keçilir

KepezTV Player

Gəncədə kimsəsiz uşaqlar üçün pulsuz kurslara başlanılıb. Təlimləri isə Türkiyədən dəvət edilən bərbər-vizajistlər keçirlər.

Artıq 20 ildir fəaliyyət göstərən Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin növbəti layihəsi həssas kateqoriyadan olanlar üçündür. Valideyin himayəsindən məhrum uşaqlara bərbərlik sənətinin sirləri öyrədilir.

Türkiyədən dəvət olunan mütəxəssislərlə 5 illik müqavilə imzalanıb. İlkin olaraq kursa 10 tələbə cəlb olunub. Amma bu son rəqəm deyil. Təlimlərə iştirakçı qəbulu davam edir.

Hazırda 500-ü qərb regionundan olmaqla 7 mindən çox üzvü olan birlik ölkə hüdudlarından kənarda 50-dən çox sahibkar qadınla əməkdaşlıq edir. Onların da əksəriyyəti qardaş Türkiyədən olanlardır.

Elnur Vahidoğlu