Azərbaycana vaksinlər gəlməkdə davam edir. Xeyli vaksin alacağıq. Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Bildirib ki, ““Türkovac”ın üçüncü klinik tədqiqatları uğurlu olsa, Azərbaycan o vaksini də əldə edəcək.
İmmunitet sertifikatı olanlar 3 aydan sonra vaksinasiya üçün dəvət ediləcək. Vaksinasiyada onlara xatırlatma dozası deyilən doza vurulacaq. Bunda məqsəd xəstəlik keçirənlərdə yaranan hüceyrələrin davamlı olmasını təmin etməkdir. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, gələcəkdə bu peyvəndin ildə bir dəfə, ya 6 aydan bir, ya da 2-3 ildən bir vurulması planlaşdırılır. COVİD pasportu və immun sertifikatının etibarlılıq müddətinə gəldikdə isə TƏBİB sədri bununla bağlı müzakirələr aparıdlıdğını deyib.
Dünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı isə Payız aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı bildirib.
Hazırda günlük olaraq vətəndaşlara 80 min dozadan çox vaksin vurulur. Yaxın günlərdə məntəqələrin sayını artırmaqla günlük dozanın 100 minə çatdırılması nəzərdə tutulub. Onu da əlavə edək ki, tətbiq edilən 4 vaksinlə bağlı bu günə kimi rəsmi təsdiqlənmiş heç bir ağırlaşma müşahidə olunmayıb.
- Baxış: 342