• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1251
— 02.07.2021 20:18

Qızını Azərbaycan xalqına yadigar qoydu

KepezTV Player

Növbəti videomaterialda Naftalan şəhərinin igid, qorxmaz oğlu Fərid Adıgözəlovdan danışacayıq. 1 gül balasını Azərbaycan xalqına əmanət qoyan qəhrəmanımızı gəlin daha yaxından tanıyaq.

1992-ci ilin, sentyabrın 8-də müharibənin, odun alovun içində, o ağrılı günlərdə dünyaya gələn igidimiz, elə həmin torpaqların azadlığı uğrunda da bizlərdən ayrıldı. Ailə üzvləri deyir ki, 2020-ci ilin Tovuz hadisələri, ələxsus da Polad Həşimovun ölümündən sonra, hərbiçi olmağa qərar verir və Fərid Adıgözəlov arzusunu reallaşdırır. Sentyabrın 27-də isə müharibə başlayır. Qorxmadan, çəkinmədən, irəliləyə atıraraq, igidlik göstərir.

Şəhidimizin bacısı yox idi və anası Rahilə xanım hər zaman qız övladı həsrətində idi. Fərid isə anasına "Narahat olma dərdini sərini mənimlə rahat böl. Elə bil ki, qızınam" - deyərdi. İndi Rahilə ana onun yoxluğunu dərindən hiss edir.

Fərid Adıgözəlov cəmi 1 il ailəli oldu. Şəhiddən geriyə Azərbaycan xalqına əmanət bir yadigar, dünyalar gözəli, şəhidimizin nənəsinin adını daşıyan Gülsurə qızımız qaldı.

Şəhidimizin göstərdiyi qəhrəmanlıqlar, Prezident İlham Əliyevin sərəncamları ilə  "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə qiymətləndirilib. Məzarında rahat uyu şəhidim uğrunda can verdiyin torpağa öz əzəli sakinləri qayıdır. Artıq uğrunda vuruşduğun diyar azaddır, Azərbaycandır!

 

Nərgiz Əhmədqızı