KepezTV Player
Silahlı Qüvvələr Günü münasibəti ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin rəsmiləri tərəfindən Göygöl rayonun Murovdağ qəsəbəsində Vətən müharibəsində şəhid olanların qəbirlərini ziyarət edilib. Göygöl rayonun şəhidlər xiyabanında dəfn olunan Kəlbəcərdən olan şəhidlərin də əziz xatirəsi hörmətlə anılıb.
Kəlbəcər şəhidləri abidə kopmleksi” də ziyarət edilib. Reallaşan tədbirdə 103 il yaşlı Azərbaycan ordusunun 44 gün ərzində dünyaya nümunə olacaq müharibə nümayiş etdirdiyi vurğulanıb. İkinci Qarabağ müharibəsində Kəlbəcərin 35 sakini şəhid olub. 90 nəfər qazi olub. Sonda şəhid ailəsi üzvləri və qazilərə ölkə başçısı tərəfindən verilən medallar təqdim edilib.
- Baxış: 562