KepezTV Player
"Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin sentyabr ayında təlimləri gözlənilir. Artıq ekspert qruplarının bir qismi Azərbaycandadır və təlimin keçiriləcəyi ərazini yoxlayırlar. Bizim hazırlığımızı da yüksək qiymətləndirirlər". Bunu Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində deyib. Müdafiə naziri 44 günlük Vətən müharibsindən də danışıb. "Mülki dillə ifadə etsək, müharibə Silahlı Qüvvələr üçün bir imtahandır. İmtahanı biz verdik, amma bizi bu imtahana Türkiyə Silahlı Qüvvələri hazırlaşdırırdı", - deyən Zakir Həsənov döyüş meydanında qazanılan şanlı zəfərin səbəblərindən bəhs edib.
- Baxış: 536