• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1380
— 26.06.2021 12:31

Türk iş adamları əməkdaşlıqda maraqlıdırlar

KepezTV Player

Türkiyənin “Müstəqil Sənayeçi və İş adamları Dərnəyi”nin üzvləri Gəncəyə səfər edib. Qardaş ölkə nümayəndələri həm müəyyən iş görüşmələri etmək, həm də erməni vəhşiliyini görmək üçün Nizami yurduna təşrif buyurublar.

Türkiyə və yerli sahibkarların görüşündə bir sıra layihələr üzərində müzakirələr aparılıb. Gəncədə hansı istiqamətdə nə kimi işlər görmək barədə məlumat əldə edən türk iş adamları əsasən inşaat, geyim, avtomobil kimi sahələr üzrə əməkdaşlıqda maraqlı görünüblər. Gəncəyə investisiya qoyuluşunu genişləndirmək və biznes əməkdaşlığnda yeni mərhələyə qədəm qoymağı hədəfləyən qardaş ölkə təmsilçiləri Qarabağla bağlı layihələrin mövcudluğuna da toxunublar.

“Müstəqil Sənayeçi və İş adamları Dərnəyi”nin üzvləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdə də əməkdaşlığın konkret istiqamətlərini müzakirə ediblər. Nizami yurdu ilə Türkiyənin bir neçə şəhərinin biznes sahəsində qardaşlaşmasının tərəfdarı kimi çıxış edən türk iş adamları Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulduğu ərazilərdə də olublar. Onlara həlak olan dinc sakinlər və dağıntılar barədə məlumat verilib.