• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1325
— 25.06.2021 16:22

Qazilər Hərbi Qənimətlər Parkını ziyarət ediblər

KepezTV Player

Gəncə, Mingəçevir, Şəki və Şamaxıdan olan bir qrup Vətən müharibəsi qazisinin Bakıya səfəri təşkil edilib. Səfər çərçivəsində I və II Fəxri Xiyaban, Şəhidlər Xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub. Ziyarətlərin davamında qazilərlə rəsmilərin iştirakı ilə qeyri-rəsmi formatda görüş keçirilib. Tarixi zəfərin qazanılmasının əhəmiyyətindən, post-münaqişə dövründə dövlətin və cəmiyyətin üzərinə düşən vəzifələrdən danışıblar.