• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2298
— 22.06.2021 12:38

"Azərbaycan dili" fənnindən ikinci imtahan keçiriləcək

KepezTV Player

Dövlət İmtahan Mərkəzi iyunun 24-də “Azərbaycan dili” fənni üzrə test imtahanı keçirəcək.İmtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanır və 15 dəqiqə qalmış buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçılar imtahana buraxılış vərəqəsi,sağlamlıq haqqında bəyannamə və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər. İmtahanda hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində tam orta təhsil səviyyəsi üzrə mayın 20-də keçirilən imtahanda iştirak etməyən cari ilin məzunları, həmin tarixdə keçirilən imtahanda iştirak edib qeyri-məqbul qiymət alan, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, elektron ərizəsində imtahanda iştirak edəcəyi bölmə hissəsində “rus bölməsi”ni qeyd edən cari ilin abituriyentləri və əvvəlki illərin məzunları iştirak edəcəklər. İmtahanda Gəncədə 250 abituriyentin iştirak nəzərdə tutulur.