Qazi Ruzigar Abdullayev Azərbaycanın işğal altındaki torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə igidlik göstərib və bir neçə medala layiq görülüb. Danışığında qüsur olsa da, ümid edirik ki, qazimiz tezliklə sağlamlığına da qovuşar.
Cavad Xan yurdunun cəsur, igid, qorxmaz oğlu Ruzigar Abdullayev, Polad Həşimovun ölümündən təsirlənərək, könüllü olaraq ordu sıralarına yazılır və qəhrəmancasına döyüşür. Oktaybr ayının sonlarında isə düşmənin açdığı atəş nəticəsində, xəsarət alır. Ruzigar həmin vaxtı belə xatırlayır.
Ruzigar Abdullayevin çiynində olan bu bayraq, hər zaman onunla olub. Hətta azad olunan torpaqlara hilalımızı sancıb, azan da verib. Qazimizin anası- Gülarə xanım belə bir oğul böyütdüyü üçün qürurludur. Deyir müharibəyə gedəndə oğlum mahnı qoyub oynayırdı. Bütün bunlar bir daha deməyə əsas verir ki, Azərbaycan xalqı necə yurdunu, torpağını sevən xalqdır.
Qazi Ruzigar Abdullayevin döyüşdə göstərdiyi qəhrəmanlıq "Cəbrayıl, Qubadlı, Laçının azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə qiymətləndirilib. Hazırda isə müalicə, reabilitasiya dövrü keçən qazimiz həkimlərin səyi nəticəsində danışığını bərpa edəcək. Ruzigar bəyin sağlamlığna tezliklə qovuşması diləyi ilə...
Nərgiz Əhmədqızı
- Baxış: 388