• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1010
— 19.06.2021 12:32

Paşinyandan ölkədə vətəndaş müharibəsi tərəfdarları ilə bağlı xəbərdarlıq

KepezTV Player

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ölkədə vətəndaş müharibəsi tərəfdarları ilə bağlı xəbərdarlıq edib. Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib ki, vətəndaş müharibəsini istəyən həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı parlamentdə terror aktı törədilib, polislə insan tələfatına səbəb olan toqquşmalar baş verib. Müvəqqəti baş nazir qeyd edib ki, iyunun 21-də tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmalar gözlənilmir.Ermənistan parlamentinə növbədənkənar seçkilər 20 iyunda, ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir.