• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 967
— 18.06.2021 15:23

“Anadolu Qartalı - 2021” beynəlxalq təliminə hazırlıq brifinqi təqdim olunub

KepezTV Player

Türkiyənin Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi iyun ayının 21-də başlayacaq. Əvvəlcə təlimin planlaşdırılması, ona hazırlıq prosesi, gedişi və mərhələlər üzrə icra olunan tapşırıqlar barədə ətraflı brifinq təqdim edilib. “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimində Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 təyyarələri iştirak edəcək.