• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 966
— 18.06.2021 12:19

"Kredit tələbəyə yox, onun oxuduğu təhsil müəssisəsinə ödəniləcək"

KepezTV Player

Təhsil Tələbə Krediti Fondu növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini həyata keçirəcək.Bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib. “Bu kreditlər çox aşağı, təxminən 2 faiz olacaq. Kreditlər sosial həssas qrupdan olandan üçündür. Sosial həssas qrupdan olmayanlar üçün isə qaydalar açıqlanacaq. Kredit uzunmüddətli olacaq, tələbə təhsili bitirəndən təxminən 20 il ərzində kreditini hissə-hissə ödəyəcək. Nazir deyib ki, kredit tələbəyə yox, onun oxuduğu ali və ya orta ixtisas təhsil müəssisəsinə köçürüləcək və yalnız ölkə daxilində təhsil üçün nəzərdə tutulur.