• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 897
— 16.06.2021 19:28

Prospektlərdən birinə Nizami Gəncəvinin adı verilib

Azərbaycan Səfirliyinin təşəbbüsü ilə Pakistanın Xeybər Paxtunxva əyalətinin paytaxtı Peşəvər şəhərinin Universitet şəhərciyindəki prospektə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adı verilib. Prospektdə mütəfəkkirin xatirəsinə ağac əkilib, dualar oxunub. Açılış mərasimində Azərbaycanla Pakistan arasındakı səmimi münasibətlərdən bəhs edilib və Nizami Gəncəvi prospektinin açılışının qardaş ölkələr arasındakı əlaqələrin yüksək göstəricisinin bariz nümunəsi olduğu ifadə olunub. Nizami Gəncəvi prospektinin açılışının sarsılmaz dostluq və qardaşlıq əlaqələrimizin möhkəmləndirilməsinə hər iki ölkənin qətiyyətinin təzahürü olduğu diqqətə çatdırılıb.