• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 09.06.2021 11:59

Zallarda qaydalara Gənclər və İdman Nazirliyi nəzarət edəcək

KepezTV Player

İdman zallarında pandemiya ilə bağlı qaydalara əməl olunub-olunmamasına Gənclər və İdman Nazirliyi tərəfindən nəzarət olunacaq. Amma nazirlik tərəfindən hər hansı bir cəza tədbirinin görülməsi nəzərdə tutulmur: “Bu məsələ Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Sadəcə, bizim nazirlik nəzarət edəcək. Həm idman federasiyalarına tövsiyə olunacaq ki, monitorinq aparsınlar, həm də nazirliyin yerli idarələrinə tapşırılacaq ki, hər biri öz rayonu ərazisində mütəmadi olaraq idman zallarında monitorinq aparsınlar". Gənclər və İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyevin sözlərinə görə, Operativ Qərargahın məlum qərarından sonra nazirlik bir sıra tədbirlər həyata keçirib. Artıq bütün federasiyalara tövsiyə xarakterli məktub göndərilib. Hər bir idman federasiyası inkişaf etdirdiyi idman növü üzrə klub və zallarına nəzarət etməlidir. Federasiyalar vasitəsilə hər bir kluba elektron şəkildə təlimat kitabçası da göndəriləcək. Bu kitabçada idman zallarında növbəlilik prinsipi ilə məşqlər keçirilməsi qeyd olunacaq. Bundan başqa COVID-19 pasportu da tələb olunur. Bu pasport iyunun 10-dan məşqlərə gələn idmançılara aiddir. Amma məşq zallarında olan təlimatçı və müəllimlərə iyulun birinə qədər möhlət verilib.