• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 687
— 06.06.2021 19:48

Yolları bərbad olan mikrorayon

KepezTV Player

İndi təqdim edəcəyimiz süjetdə Gəncənin 5-ci mikrorayonundakı bərbad yolları, bu yollarla hərəkət etməyin mümkünsüzlüyünü göstərəcəyik. İş o həddə çatıb ki, sakinlər yağmurlu havalarda mikrorayon ərazisini tərk edə bilmirlər. Amma sakinlərə və yolu mütəmadi olaraq o tərəfdən düşənlərə xəbərimiz də var, sujetdə daha ətraflı.

Südabə Rzayeva - sakin: Bura elə bilirsən ən ucqar kənddə yaşıyırsan. Böyrümüzdə məktəb, baxça var. Yağış yağanda biz uşaqlarımızı məkətbədə, baxçıyada aparmaq istəmirik. Yol yoxdur, palçıqdan yerimək mümkün deyil. 9 a marşurtu gedir düşəndə özündə olmursan, yollar o qədər narahatdır. Nə olar mikrorayona baxmaq lazımdır. Mikrorayonda Gəncə deməkdir. Qoy yollarımız qəşəng abad olsun.

Abad yolla hərəkət etmək tək Südabə xanımın istəyi deyil. 5-ci mikrorayonda yaşayanların ən böyük arzularındandır. Deyillər illərdir kələ-kötür yollarla hərəkət etməkdən beziblər. Yolu burdan düşən sürücü də, piyada da asfalt üzünə həsrət yollarla gedib-gəlməkdən lap təngə gəliblər.

Rafiq Bayramov -sakin: Mikrorayonun sakiniyəm. Küçələrimiz çox bərbad haldadır. Yağış yağanda gölməçələr olur. Sağ tərəfimiz bağça, sol tərəfimiz məkətəbdir. Küçələrimiz göz qabağındadır. Sovet hökümətinin vaxtında bir dəfə təmir olunub hər yer yamaqdır.

Vahid Məhərrəmov - sürücü: Ayda bir dəfə maşını gərək yığdırasan. Hər şey baha, yollarda bərbad haldadır.

Süleyman Məmmədov - sakin: Yollar pis gündədir, bir azda yağış yağanda pis günə düşür. Uşağın üstü batır, qaytarırıq geri sonra yenidən geyindiririk.

Sakinlər son vaxtlardır şəhərin müxtəlif yerlərində görülən asfaltsalma işlərinin mikrorayon ərazisinə də ayaq açacağına ümid edirlər. Deyə bilərik ki, ümidləri puç olmayacaq. Hazırda şəhərin Fətulla Həsənov küçəsində asflat örtüyünün yenilənməsi işləri aparılır. Bundan sonra bəzi küçə və prospektlərinin də asfaltlanması nəzərdə tutulur ki, bu sırada 5-ci mikrorayon ərazisi də var.

Ceyhun Bediyev - iş icracısı: Ələkbər Babayev küçəsi oldu, Əli Nəzmi küçəsinin üst qatı olacaqdır. Puşkin, QızılArslan, Çapayev küçələrində asfalt işləri yekunlaşıbdır. Adil İsgəndərovda alt qat asfalt qoyulubdur üst qatı da qoyacağıq. Beşinci mikrorayon ərazisində də asfalt işlərimiz olacaqdır. Planımızda var.

Bunun üçün sakinlərə bir az da səbr edib gözləmək lazımdır.

 

Elnur Vahidoğlu